"Investment roadshow" keçirəcək

"Investment roadshow" keçirəcək

Bu ilin payızında Türkiyənin bir neçə şəhərində "Investment roadshow"un keçirilməsi planlaşdırılır.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiyada çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

Y.Abdullayev bu tədbirin uğurla baş tutması üçün Türkiyədən olan iş adamlarından dəstək istəyib: "Hesab edirəm ki, burada olan tərəfdaşlarımız da bizə bu məsələdə dəstək verə bilərlər və əminik ki, bu məsələdə aktiv olacaqlar".

Report