“Alibaba” oyun bölməsini 1,5 milyard dollara satır

“Alibaba” oyun bölməsini 1,5 milyard dollara satır

Çinin texnologiya nəhəngi “Alibaba” videooyunların hazırlanması ilə məşğul olan “Lingxi Games” bölməsinin Honq-Konqda yerləşən “Trustar Capital” investisiya fonduna satılması barədə razılığa gəlib.

BusinessTime xəbər verir ki, “Bloomberg” və “The Wall Street Journal”ın daxili sənədlərə istinadən yaydığı məlumata görə, sövdələşmə başa çatdıqdan sonra “Alibaba” ən azı 1,5 milyard dollar əldə edəcək.

Mütəxəssislər bu addımı şirkətin əsas diqqətini süni intellekt və bulud texnologiyalarına yönəltməsi, həmçinin əsas fəaliyyət istiqamətinə aid olmayan aktivlərdən imtina etməsi kimi qiymətləndirirlər. Ötən ilki gəliri 450-600 milyon dollar arasında dəyişən “Lingxi Games”in portfelinə məşhur “Three Kingdoms: Strategy Edition” oyunu da daxildir.