"Tesla" iki modelin istehsalını dayandıracaq

"Tesla" iki modelin istehsalını dayandıracaq

"Tesla" şirkəti "Model S" və "Model X" elektromobillərinin istehsalını dayandıracaq və Kaliforniyadakı zavodunu "Optimus" insanabənzər robotlarının istehsalı üçün yenidən quracaq.

Bu barədə şirkətin rəhbəri İlon Mask məlumat verib.

"Model S" və "Model X" proqramlarını tamamlamağın, onları fəxri təqaüdə yola salmağın vaxtı gəldi, çünki biz avtonomiyaya əsaslanan gələcəyə doğru irəliləyirik", - deyə Mask vurğulayıb.

Tesla rəhbəri yanvarın 22-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı qeyd edib ki, 2027-ci ilin sonuna qədər şirkət "Optimus" insanabənzər robotlarını geniş kütləyə satmağa başlaya bilər. O bildirib ki, hazırda zavodda artıq sadə tapşırıqları yerinə yetirən bir neçə robot mövcuddur. (Oxu.az)