Xiaomi Fortune Global 500 siyahısında yenidən yüksəldi
Xiaomi Group 2022-ci il üçün Fortune Global 500 siyahısında 266-cı yeri tutub. Dünyanın üçüncü ən böyük smartfon istehsalçısı olan qlobal texnologiya şirkəti ardıcıl dördüncü ildir ki, siyahıda yüksəlməkdə davam edir.
Xiaomi ilk dəfə Fortune Global 500 siyahısında 468-ci yeri tutmaqla 2019-cu ildə, yaranmasından cəmi doqquz il sonra çıxıb. O vaxtdan bəri sürətlə böyüyən şirkət hər il öz reytinqini yaxşılaşdırıb - 2020-ci ildə 422-ci, keçən il isə 338-ci sırada qərarlaşıb.
Fortune jurnalının məlumatına görə, Xiaomi Fortune Global 500 siyahısına ilk dəfə 2019-cu ildə daxil olub, dörd il sonra 200 pillədən çox yüksələrək Çinin ən sürətlə inkişaf edən texnologiya şirkəti olub.
Xiaomi-nin mənfəəti və korrektə edilmiş xalis gəliri 2021-ci ildə yeni maksimuma çatdı. Xiaomi Group-un 2021-ci ildə ümumi gəliri illik hesablamada 33,5% artaraq 328,3 milyard yuana çatıb. Korrektə edilmiş xalis gəlir keçən illə müqayisədə 69,5% artaraq 22 milyard yuana çatıb. Xiaomi Group-un 2021-ci ildə xarici bazarlardakı gəliri illik hesablamada 33,7% artaraq onun ümumi gəlirinin 49,8%-ni təşkil edib. 2022-ci ilin birinci rübündə bu pay 51,1%-ə yüksəlib.
“Smartphone × AıoT” strategiyası sayəsində Xiaomi smartfonlarının qlobal tədarükləri 2021-ci ildə rekord səviyyəyə çatıb. Onun AIoT məhsulları da sürətlə genişlənərək smartfonlar ətrafında zəngin məhsul ekosistemi yaradıb. Canalys-in məlumatına görə, Xiaomi 2021-ci ildə 14,1% bazar payı ilə qlobal smartfon sənayesində üçüncü yeri tutub. Onun smartfon satışları 14 bazarda birinci yeri tutub, 62 bazarda isə ən yaxşı ilk beşliyə daxil olub. 31 dekabr 2021-ci il tarixinə olan vəziyyətə görə, onun platformasına 434 milyondan çox smart-cihaz (smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla) qoşulub ki, bu da keçən illə müqayisədə 33,6% çoxdur. MIUI-nin dünya üzrə aylıq aktiv istifadəçilərinin sayı illik hesablamada 28,4% artaraq 509 milyon nəfərə çatıb.
2021-ci ildə Xiaomi-nin yüksək səviyyəli smartfonların tədarükündə payı ümumi smartfon tədarükündə təxminən 13% artıb ki, bu da əvvəlki ilə nisbətən təxminən iki dəfə çoxdur.
Bu arada, Xiaomi tədqiqatlara investisiyalarını artırmaqda davam edir. 2021-ci ildə Xiaomi-nin yeni məhsulların hazırlanması üçün xərcləri illik hesablamada 42,3% artaraq 13,2 milyard yuan təşkil edib. Yaxın beş ildə Xiaomi-nin tədqiqatlara yatırdığı investisiyanın həcminin 100 milyard yuanı keçəcəyi gözlənilir. 31 mart 2022-ci il tarixinə olan vəziyyətə görə, Xiaomi 26.000-dən çox patent alıb; onun qlobal patent müraciətlərinin sayı isə 53.000-i ötüb.
Gələcəkdə Xiaomi sərfəli qiymətlərlə heyrətamiz məhsullar yaratmağı hədəfləyir ki, hər kəs innovativ texnologiyalar sayəsində ən yaxşı texnikadan həzz ala bilsin.
Xiaomi korporasiyası haqqında
Xiaomi korporasiyası (“Xiaomi”) 2010-cu ilin aprelində yaradılıb və 9 iyul 2018-ci ildə (1810.HK) Honq-Konq Fond Birjasında qeydiyyata alınıb.
Xiaomi - IoT platforması ilə birləşdirilən smartfonlara və intellektual avadanlıqlara əsaslanan məişət elektronikası və ağıllı cihazlar istehsal edən şirkətidir.
Xiaomi “İstifadəçilərlə dost olun və onların qəlbində ən yaxşı şirkət olun” düşüncəsinə sadiq qalaraq, istifadəçilərin rahatlığını təmin etmək və iş səmərəliliyini artırmaq üçün davamlı olaraq texnoloji yeniliklər təqdim edir. Şirkət dayanmadan ədalətli qiymətlərə heyrətamiz məhsullar yaradır ki, dünyada hər kəs innovativ texnologiyalar vasitəsilə daha yaxşı həyatdan zövq ala bilsin.
Xiaomi – smartfon istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir. 2022-ci ilin ilk rübündə şirkət smartfonların tədarükü üzrə bazar payına görə dünyada 3-cü yeri tutub.
Şirkət həmçinin 31 mart 2022-ci il tarixinə olan vəziyyətə görə, platformasına qoşulmuş 478 milyondan çox smart-cihaz (smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla) ilə dünyanın aparıcı AIoT (AI + IoT) istehlakçı platformasını inşa edib.
Xiaomi məhsulları dünyanın 100-dən çox ölkə və bölgəsində mövcuddur. 2022-ci ilin avqustunda dördüncü dəfə Fortune Global 500 siyahısına daxil olan şirkət 2021-ci illə müqayisədə 72 pillə irəliləyərək 266-cı yerdə qərarlaşıb.
Xiaomi Hang Seng, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index və Hang Seng China 50 Index indekslərinə daxildir.
Xiaomi şirkəti haqqında ətraflı məlumat üçün bu sayta daxil olun: