ABŞ Azərbaycana yeni səfir təyin edib
![ABŞ Azərbaycana yeni səfir təyin edib](https://azertag.az/files/2023/3/1200x630/16995055284910342259_1200x630.jpg)
ABŞ Mark Libbini Azərbaycana yeni səfir təyin edib.
Senat səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Qeyd edək ki, M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.