Abşeron Logistika Mərkəzi ilə yaxından tanışlıq

Abşeron Logistika Mərkəzi ilə yaxından tanışlıq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Lökbatan qəsəbəsində yerləşən Abşeron Logistika Mərkəzində sahibkarlara logistik xidmətlər üçün yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, 65 ha ərazidə yerləşən mərkəzdə sahibkarlara göstərilən xidmətlər “bir pəncərə” sistemi vasitəsilə həyata keçirilir.

Abşeron Logistika Mərkəzində sahibkarlara terminal xidmətləri, yüklərin gömrük rəsmiləşdirilməsi və broker, anbar və daxili daşıma xidmətləri təqdim olunur. Ərazidə sahibkarlara logistik xidmətlərin göstərilməsi üçün müasir infrastruktur yaradılıb.