Azərbaycanın «tender çempionu» olan şirkət – 30 milyon manat udub – TENDERLƏR, SİYAHI

Azərbaycanın «tender çempionu» olan şirkət – 30 milyon manat udub – TENDERLƏR, SİYAHI

Azərbaycanda ən çox tender qalibi olan şirkətlərdən biri məlum olub.
BusinessTime FED.az xəbər verir ki, tibbi ləvazimatların, avadanlıqların və dərmanların tədarükü ilə məşğul olan «Arash Medical Company» QSC təkcə 2021-ci ildə dövlət qurumlarının elan etdiyi 27 tenderin qalibi olub. Bu tenderlər çərçivəsində şirkət ümumi məbləği 29 milyon manatdan artıq sifarişlər alıb. Şirkət ən böyük tenderləri Səhiyyə Nazirliyindən qazanıb – 4 tender üzrə ümumilikdə 26,8 milyon manat. Xatırladaq ki, «Arash Medical Company» QSC-nin nizamnamə kapitalı 2 000 manatdır. Şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Abdulvahab Salamzadə, Ev 26 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

 

Tender elan edən təşkilat

Tenderin predmeti

Məbləğ

Tarix

  Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Reaktivlərin alınması

244 551 manat

28.12.2021

 Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

Maşın və avadanlıqların satınalınması

87 414 manat

28.12.2021

  Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Digər tibbi ləvazimatların satın alınması

96 086 manat

25.12.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ Talassemiya bölməsi üçün lazım olan cərrahi alət və spesifik ləvazimatlarının satınalınması

104 615 manat

24.12.2021

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Maşın və avadanlıqların satınalınması

120 862 manat

24.12.2021

Klinik Tibbi Mərkəzi

Tibbi avadanlıqların və tibbi təvazimatların satınalınması

118 665 manat

23.12.2021

Ağdaş Rayon Mərkəzi Xəstəxanası

Tikili və avadanlıqların cari təmiri (İSS-AC-575 markalı aparatın təmiri)

4 972 manat

22.12.2021

Kliniki Tibbi Mərkəz

Urologiya və Ümumi Cərrahiyyə şöbələri Laparoskopik cərrahiyyə alətlərinin satınalınması

67 364 manat

22.12.2021

Akademik Mirməmməd Cavadzadə adına Respubliks Kliniki Uroloji Xəstəxanası

Tibbi alətlər və avadanlıqların satınalınması

140 064

17.12.2021

Şəki Mərkəzi Rayon Xəstəxanası

Maşın və avadanlıqların əsaslı təmiri maddəsi üzrə tibbi avadanlıqların əsaslı təmiri işləri

48 462 manat

16.12.2021

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası

Tibbi avadanlıqların ehtiyat hissələrinin satınalınması (cari təmir)

14 547 manat

07.12.2021

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi

Tibbi avadanlıqların və ləvazimatların satın alınması

266 610 manat

03.12.2021

Ədliyyə Nazirliyi Tibb Baş İdarəs

Digər tibbi ləvazimatların satınalınması

96 086 manat

02.12.2021

Ağdaş Rayon Mərkəzi Xəstəxanası

Oksigen hazırlama qurğusunun əsaslı təmiri

59 796 manat

18.11.2021

 

 

 

 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası

MRT avadanlığının təmiri

3000 manat

18.10.2021

Səhiyyə Nazirliyi

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı)

 

7 544 747 manat

22.09.2021

Səhiyyə Nazirliyi

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum evinin əsaslı təmiri (tibbi avadanlıqlarla təchizatı)

 

5 559 022 manat

22.09.2021

Səhiyyə Nazirliyi

2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tibbi avadanlıqlarla təchizatı)

 

6 322 729 manat

22.09.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Ümumiprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan tibbi ləvazimatların satınalınmas

587 853 manat

31.08.2021

İnnovasiya Və Təchizat Mərkəzi

Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin, həmçinin dövlət və tədbirlər proqramları üzrə nəzərdə tutulan tibbi və digər aparatlar, avadanlıqlar və invertarların satınalınması

7 354 813 manat

13.07.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Narkotik testlərin satınalınması

53 730 manat

24.05.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Şəkər ölçən aparat üçün striplərin satın alınması

137 603 manat

24.05.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Rentgen plyonkalarının, cərrahi, stomotoloji, dezinfeksiya ediçi və digər istismar materiallarının satınalınması

81 634 manat

20.05.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Maliyyə Nazirliyinin Aparatına dərman və tibbi ləvazimatların satın alınması

7 010 manat

07.05.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Reaktivlərin satın alınması

276 411 manat

06.04.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Tibbi mal-materialların alınması

105 018 manat

01.03.2021

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi

Tibbi mal-materialların alınması

32 998 manat

27.01.2021

27 tender

29 536 642 manat