AFFA üzr istədi

AFFA üzr istədi

AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “Avro-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli assosiasiyanın baş katibi Sərxan Hacıyev AZƏRTAC-a açıqlamasında italiyalı mütəxəssisin sözlərinə görə AFFA rəhbərliyinin adından media nümayəndələrindən üzr istəyib.

Qeyd edək ki, Canni De Byazi 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında yerli jurnalistlər haqqında xoşagəlməz ifadələr işlədib.