“Agro Dairy” şirkəti növbəti dəfə Kənd Təsərrüfatı sahəsi üzrə təlimlər keçir

“Agro Dairy” şirkəti növbəti dəfə Kənd Təsərrüfatı sahəsi üzrə təlimlər keçir

Cənab Prezident İlham Əliyevin “Agro Dairy” MMC-nin Hacıqabulda yerləşən aqroparkına səfəri zamanı verdiyi tapşırığa əsasən yaradılan təlim mərkəzində kənd təsərrüfatı sahəsi üzrə növbəti silsilə təlimlərin keçirilməsinə start verildi.

Bu il 4-cüsü keçirilən və 3 günü əhatə edəcək təlimlərin ilk günündə “Toxum satışı və marketinqi”  və “Kənd təsərrüfatı texnikaları və müasir kənd təsərrüfatında "dəqiq əkinçilik"-in rolu” mövzuları əhatə olundu.

"Agro Dairy”-nin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış mütəxəssisləri tərəfindən keçirilən təlimdə fermerlər, aqronomlar, tələbələr, taxıl toxumçuluğu ilə məşğul olan və bu sahəyə maraq göstərən şəxslər sahə ilə bağlı real təcrübələrə əsaslanan biliklər əldə etdilər.

Təlim iştirakçıları, həmçinin, “Agro Dairy” MMC-nin Hacıqabul ərazisində yerləşən Toxum Emalı Zavoduna da ziyarət edərək, kompakt toxum təmizləmə kompleksi olan CIMBRIA ilə tanış oldular.

Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan "Agro Dairy" şirkətinin təlim mərkəzində keçirilən təlimlərin növbətisi 4 oktyabr və 6 oktyabr tarixlərində baş tutacaq.