AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti

AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti

AFB Bank sahibkarlar və peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi “İndi al, gələn il ödə!” kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər bizneslərini inkişaf etdirmək, avadanlıq almaq və ya peşə fəaliyyətlərinə yatırım etmək üçün lazım olan maliyyəni indi əldə edir, əsas borcun ödənişinə isə gələn il başlayırlar.

Kampaniya Mikrokredit və Peşə krediti məhsullarına şamil olunur. Bu çərçivədə müştərilər 500 AZN-dən 100 000 AZN-dək kredit əldə edə, krediti 3 aydan 36 ayadək müddətə rəsmiləşdirə bilərlər. Kreditlər 18%-dən başlayan illik faiz dərəcəsi ilə təqdim olunur.

“İndi al, gələn il ödə!” kampaniyası sahibkarlara maliyyə vəsaitindən bu gün istifadə etməklə biznes ehtiyaclarını təxirə salmamaq imkanı yaradır. Belə ki, əldə olunan vəsait biznesin böyüdülməsi, yeni avadanlığın alınması və ya peşə fəaliyyətinin inkişaf etdirilməsi kimi məqsədlərə yönəldilə bilər.

Kampaniyanın əsas üstünlüyü isə əsas borcun ödənişinə gələn il başlanmasıdır. Bu yanaşma sahibkarlara əldə etdikləri maliyyəni biznes fəaliyyətinə yönəltmək və ödənişlərə başlamazdan əvvəl əlavə vaxt qazanmaq imkanı verir.

AFB Bank bu kampaniya ilə kiçik sahibkarlıq fəaliyyəti və müxtəlif peşə sahələri ilə məşğul olan şəxslərin maliyyə ehtiyaclarına çevik həll təqdim etməyi hədəfləyir. Kampaniyadan yararlanmaq istəyən müştərilər 30 noyabr 2026-cı ilədək müraciət edə bilərlər.

Müraciət üçün:  https://afb.az/indi-al-gelen-il-ode

AFB Bank haqqında

AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri, eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.

Ətraflı məlumat üçün: AFB Bank
Məlumat Mərkəzi: 1545