AgroStar tərəfindən əkin sahələrinə baxış keçirilir

AgroStar tərəfindən əkin sahələrinə baxış keçirilir

AgroStar şirkətinin monitorinq qrupu əkin sahələrinə baxış həyata keçirib

AZCHEMCO şirkətinin Azərbaycandakı rəsmi distributoru AgroStar şirkətinin əməkdaşlarından ibarət monitorinq qrupu Sabirabad, Hacıqabul, Saatlı rayonlarında yerləşən əkin sahələrində monitorinq həyata keçiriblər.

Fermerlərə məlumat verilib ki, əkin sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır.

AZCHEMCO brendinin yeni maye və toz gübrələri bitkinin düzgün və tam formalaşmasına köməklik göstərir. Dəmyə və suvarılan bölgələr üçün nəzərdə tutulan gübrələr məqsədə uyğun hesab edilir.
Hazırda digər rayonlarda monitorinq qrupu əkin sahələrinə baxış keçirir.

BusinessTime