Aİ “Google”u 1 milyard dollara yaxın cərimələdi, ABŞ etiraz etdi
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir Avropa Komissiyasının “Google”a tətbiq etdiyi 890 milyon avro (təxminən 1 milyard dollar) məbləğində cərimənin transatlantik ticarətdə qeyri-müəyyənlik yaratdığını bildirib.
Onun sözlərinə görə, Aİ-nin bu addımı ABŞ şirkətlərini hədəf alır və Avropaya mal və xidmət ixracını çətinləşdirir.
Qrir Vaşinqtonun Aİ-nin Rəqəmsal Bazarlar Aktı ilə bağlı narahatlıqları dialoq yolu ilə həll etməyə çalışdığını, lakin son qərarların bu səylərə zərbə vurduğunu vurğulayıb.
Avropa Komissiyası isə “Google”u Rəqəmsal Bazarlar Aktını pozduğuna görə iki ayrı qərarla ümumilikdə 890 milyon avro cərimələyib.


