“QidaTəhlükəsizliyinəYeniYanaşma” həştəqi gündəm oldu

“QidaTəhlükəsizliyinəYeniYanaşma” həştəqi gündəm oldu

“Qida təhlükəsizliyi” haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edildikdən sonra sosial şəbəkələrdə “QidaTəhlükəsizliyinəYeniYanaşma” həştəqi ilə kütləvi paylaşımlar edilib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başlanan kampaniyaya qısa zamanda minlərlə sosial şəbəkə istifadəçisi qoşulub.  Xüsusilə qida sahəsində fəaliyyət göstərən şəxslər və bu sahədə çalışan mütəxəssislər yeni qanunun tətbiqinin ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində yeni imkanlar yaradacağını qeyd ediblər. Kampaniyaya həmçinin iri ticarət şəbəkələri də qoşularaq rəsmi sosial şəbəkə hesablarından bu mövzuda paylaşımlar ediblər.

Qeyd edək ki, yeni qanun ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Qida təhlükəsizliyi sisteminin təmin edilməsi sahəsində bir sıra yenilikləri özündə ehtiva edən qanun 9 fəsil və 38 maddədən ibarətdir.

BusinessTime