Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının ofisini ziyarət ediblər.
Aparılan fikir mübadiləsində Vüsal Quliyev AQSİA-nın fəaliyyəti ilə dövlətin, cəmiyyətin məlumatlı olduğunu qeyd edib.
Görüşdə bildirilib ki, “QHT Ziyarətləri" davam edəcək və bu layihənin məqsədi QHT-lərin fəaliyyəti ilə daha yaxından tanış olmaqdır. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin hər zaman Agentliyin diqqət mərkəzində olacağı qeyd edilib.
BusinessTime