Anar Bağırovun vəkillik təsisatı üçün verdiyi töhfələr önəmli yer tutur

Anar Bağırovun vəkillik təsisatı üçün verdiyi töhfələr önəmli yer tutur

Cari il mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunmuşdur. Vəkillər Kollegiyasının CCBE-yə üzvlüyə qəbul olunması beynəlxalq əlaqələrin qurulmasında böyük əhəmiyyətə malikdir.

“CCBE” Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquqşünasların birliklərini və 1 milyondan çox vəkili birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. Təşkilatın fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərələrin müdafiəsi təşkil edir. CCBE üzv dövlətlərdə məhkəmə sisteminin müstəqilliyi, vəkillərin azad və ləyaqətli fəaliyyəti, vəkillərin və stajor vəkillərin, hüquqşünasların hazırlanması, məhkəmə sisteminin müstəqilliyi və məhkəmə sisteminin ən mühüm sütunu olan müdafiə hüququna dair təminatların həyata keçirilməsi ilə bağlı Avropa İttifaqı Komissiyası (Nazirlər Şurası) ilə sıx əməkdaşlıq edən bir təşkilatdır. Məhz bu səbəbdən də, CCBE Avropa İttifaqında (Avropa Birliyi) böyük nüfuzu malikdir.  

Vəkillər Kollegiyasının CCBE kimi nüfuzlu beynəlxalq quruma üzvlüyə qəbul olunması ciddi diplomatik uğurdur! Bu uğurun  arxasında isə 2017-ci ilədən başlayaraq, məhz Anar Bağırovun yüksək idarəçiliyi ilə həyata keçirilən və vəkillik təsisatında zəruri,  təxirəsalınmaz islahatların həyata keçirilməsi dayanır. Heç kimə sirr deyil ki Vəkillər Kollegiyası uzun illər boyu qapalı bir qurum kimi qalmış, beynəlxalq əlaqələrin qurulmasında ümumiyyətlə heç bir iş görülməmişdir. Lakin 2017-ci ilin sonundan başlayaraq, Vəkillər Kollegiyası müasir, mütərəqqi, sürətlə inkişaf edən, daxili və beynəlxalq nüfuzunu artıran bir qurum kimi öz yeni simasını ortaya qoymuşdur.  Təbii ki, bütün bu məsələlərdə cənab Prezidentimizin vəkillik təsisatına verdiyi önəm, uğurlu hüquq siyasəti və Anar Bağırovun vəkillik təsisatı üçün verdiyi töhfələr önəmli yer tutur.

2017-ci ildən bu günə qədər  vəkilliyə qəbul imtahanlarının sürətləndirilməsi, vəkilliyə qəbul üçün sənədlərin fasiləsiz olaraq qəbul edilmısi, imtahanların tam şəffafl təşkil edilməsi, maddi-texniki bazanın yeni standartlara uyğunlaşması, vəkillərin və vəkil qurumlarının sayının artırılması, vəkil çatışmamazlığı probleminin aradan qaldırılaraq standartlara uyğunlaşdırılması, vəkillərə dəstək üçün fondun yaradılması və həmin fonddan şəffaf və vicdanlı istifadə, cəmiyyətə, mətbuata açıqlıq, müasir innovativ metodların tətbiqi, vəkillik təsisatının inkişafı ilə bağlı qanunvericilik aktlarına əlavə və dəyişiklərin edilməsinə nail olunması, dövlət hesabına göstərilən ödənişsiz hüquqi yardımda keyfiyyətin yüksəldilməsi, bununla bağlı ödənilən məbləğin həcminin 3 dəfə artması, həmin məbləğlərlə bağlı vəkilliyin maliyyə müstəqilliyi qazanması və bir çox vacib məsələlərdə mütərəqqi islahatlar həyata keçirilmişdir. Vəkillərin davranış qaydaları haqqınsa əsasnamə CCBE-nin etik davranış qaydalarına uyğunlaşdırılmış, daha dəqiq desək inkorporasiya olunmuşdur.  

Məhz 2017-ci ilin sonundan başlayaraq vəkillik təsisatında həyata keçirilən uğurlu islahatların nəticəsi olaraq Vəkillər Kollegiyası CCBE-yə üzvlüyü qazanmışdır. CCBE-yə üzvlük Vəkillərimizə avropalı vəkillər, vəkillər kollegiyaları, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq, peşə vərdişlərində keyfiyyətin artırılması və Avropa ölkələrində təcrübə keçmək üçün geniş imkanlar yaradacaq.

Bu uğurun bəhrəsindən hər bir Azərbaycan Vəkili faydalanacaq. Azərbaycan Vəkili olaraq bu böyük uğurda da böyük əməyi və zəhməti olan Rəyasət Heyətinin sədri Anar Bağırova təşəkkür etməyi özümə borc bilirəm!

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova