Aslan Abbaszadə milli mükafata layiq görülüb

Aslan Abbaszadə  milli mükafata layiq görülüb

"Mirtalıblı Group" Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı "Grand Persona Awards" mükafatının təqdimetmə mərasimini təşkil edib.

Mərasimdə ölkənin tanınmış ictimaiyyət xadimləri, ziyalılar, sahibkarlar, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mədəni irsə əsaslanaraq gördüyü işlərə görə "AQAT Silver" mağazalar şəbəkəsinin rəhbəri, tanınmış iş adamı Aslan Abbaszadə  "Grand Persona Awards" mükafatına layiq görülmüşdür.

Mərasimdə çıxış edən Aslan Abbaszadə göstərilən diqqətə görə, təşkilatçılara öz təşəkkürünü bildirib.