Yeni kadr təyinatı oldu

Yeni kadr təyinatı oldu

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.  2019-cu ildən Kənd Təsərrüfatı Nazirliyində çalışan Nigar Əhmədovanın yeni iş yeri də məlum olub.

O, bundan sonra fəaliyyətini “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.  

Əhmədova Nigar Abbas qızı 24 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühədis iqtisadiyyatı və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirib. 2009-2012-ci illərdə həmin universitetdə Strateji İdarəetmə ixtisası üzrə magistr təhsili alıb.

Qeyd edək ki, Nigar Əhmədova APA xəbər agentliyində, "İnsider.az" xəbər saytında çalışıb.