Anar Ələkbərovun doğum günüdür

Anar Ələkbərovun doğum günüdür

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.

Anar Sahib oğlu Ələkbərov 13 aprel 1977-ci ildə anadan olub.

1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə isə adıçəkilən ali təhsil müəssisəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Anar Ələkbərov 2008-ci ildən Heydər Əliyev Fondunun, 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.

Anar Ələkbərov 2013-cü ildə Fransanın “İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

A.Ələkbərov 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif edilib.

2014-cü ildən Azərbaycan Avtomobil İdman Növləri Federasiyası prezidenti vəzifəsində çalışır. Formula-1 yarışlarının təşkil edilməsində əsas şəxslərdən biri məhz Anar Ələkbərovdur.

Onun 2014-cü ildə “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və “Mehriban” adlı kitabı çap edilib. İndiyə qədər bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib. 2015-ci ildə “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan Nümayəndə heyətinin sədri olub. Anar Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif olunub. Prezident Ilham Əliyevin 29 noyabr 2019-cü il tarixli Sərəncamı ilə Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.