Beynəlxalq Valyuta Fonduna yeni İcraçı direktor seçilib

Beynəlxalq Valyuta Fonduna yeni İcraçı direktor seçilib

Kristalina Georgieva yenidən Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı direktoru seçilib.

BusinessTime xəbər verir ki, bu barədə qərarı ötən gün Fondun Direktorlar Şurası qəbul edib.

O, vəzifəsinin icrasına 2024-cü ilin oktyabrın 1-də başlayacaq.

Qeyd edək ki, 71 yaşlı K.Georgieva 2019-cu ilin oktyabrın 1-dən vəzifəsini icra edir.