"Anthropic" daha sərfəli süni intellekt modelini təqdim edib
ABŞ-ın "Anthropic" şirkəti yeni süni intellekt modeli "Opus 5"i istifadəyə verib.
Model performans baxımından daha güclü "Fable 5"ə yaxın imkanlar təqdim edir və istifadəçilər üçün daha sərfəli qiymətlə təklif olunur.
Şirkətin sınaqlarına əsasən, "Opus 5" kibertəhlükəsizlik zəifliklərindən sui-istifadə etmək baxımından "Fable 5" qədər güclü deyil. Bu səbəbdən yeni model üçün tətbiq olunan təhlükəsizlik məhdudiyyətləri daha yumşaqdır.
Eyni zamanda, şirkət "Opus 5"in manipulyativ göstərişlərə və mümkün sui-istifadə cəhdlərinə qarşı əvvəlki modellərlə müqayisədə daha davamlı olduğunu vurğulayıb.
Həmçinin qiymət və səmərəlilik baxımından əksər istifadəçilər üçün "Opus 5" daha uyğun seçimdir.
Qeyd edək ki, açıq çəkili süni intellekt modelləri istifadəçilərə modeli yükləməyə, öz sistemlərində işlətməyə və fərdiləşdirməyə imkan verir. Bu xüsusiyyət onları mənbə kodu və model çəkiləri ictimaiyyətə açıq olmayan kommersiya modellərindən fərqləndirir.
Valyuta.az


