“Araz” supermarketlər şəbəkəsi “Təmiz ölkəm” aksiyasına qoşulub

“Araz” supermarketlər şəbəkəsi “Təmiz ölkəm” aksiyasına qoşulub

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir!” şüarı ilə müxtəlif ekoloji layihələrə dəstək göstərməkdə davam edir. Bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” aksiyasına qoşulub.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, “Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov iştirak edib.

Aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Araz” supermarketlər şəbəkəsinin, “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının, Pirallahı Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Zirə qəsəbəsinin Xəzər dənizi sahilində 6 hektar ərazi tullantılardan təmizlənib. Ümumilikdə 150 nəfərin iştirak etdiyi aksiya zamanı 1.5 ton tullantı yığılaraq “Təmiz Şəhər”ə təhvil verilib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn maarifləndirici çağırışlar etmək, təmizliyə riayət etmək vərdişlərini vətəndaşlara təlqin etməkdir.