Şəhid ailələri ziyarət olunur

Şəhid ailələri ziyarət olunur

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Əhmədov Mirmöhsüm Mirdamət oğlunun, Səfərov Mais Şakir oğlunun, Məlikov Mahmud Təhmasib oğlunun, Əliyev Mehman Xudaşükür oğlunun və Əmrahov Bayram Hüseyn oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq ailələri ziyarət olunub.

Şəhidlərin il dönümünün ziyarət olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid Əhmədov Mirmöhsüm Mirdaməd oğlu 21 yanvar 2002-ci il Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 28-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə Mirmöhsüm Əhmədov ölümündən sonra təltif edilib.

Şəhid Səfərov Mais Şakir oğlu 20 iyul 1999-cu il Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 28-də Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə Mais Səfərov ölümündən sonra təltif edilib.

Şəhid Məlikov Mahmud Təhmasib oğlu 03 aprel 1994-cü il Neftçala rayonu Xol Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Neftçala rayonu Xol Qaraqaşlı kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə" medalı ilə Mahmud Məlikov ölümündən sonra təltif edilib.

Şəhid Əliyev Mehman Xudaşükür oğlu 1 yanvar 2002-ci il Neftçala rayonu Xol Qarabucaq kəndində anandan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Xocavənd şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə Mehman Şükürov ölümündən sonra təltif edilib.

Şəhid Bayramov Əmrah Hüseyn oğlu 18 yanvar 2001-ci il Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 30-da Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə Bayram Əmrahov ölümündən sonra təltif edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid ailələrinə dərin hüznlə baş sağlığı veririk.