Milli Qəhrəmanın oğlu: Atamla fəxr edirəm!

Milli Qəhrəmanın oğlu: Atamla fəxr edirəm!

Qarabağ uğrunda mübarizə zamanı şəhid olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğlu Oruc İbrahimov "Daşaltı əməliyyatı"nın 32-ci il dönümü ilə bağlı fikirlərini bölüşüb.

BusinessTime.az Oruc İbrahimovun fikirlərini təqdim edir.

"Bugün "Daşaltı əməliyyatı"nın 32-ci ili tamam olur. Ənənəyə sadiq qalaraq yenə Şəhidlər Xiyabanındakı "Daşaltı Əməliyyatı" abidəsini ziyarət etdim. Açığı, ziyarət zamanı çox qarışıq hisslər yaşadım. İnsan bilmir atası yoxdu deyə üzülsün, ya atası Vətən uğrunda şəhid olub deyə qürur duysun. Hər bir halda atamla fəxr edirəm, o mənim qəhrəmanımdır. Və həyatım boyunca ona layiq övlad olmaq üçün çalışdım, bütün mübarizəm onun ruhunu şad etmək uğrundadır. Bundan sonra da belə davam edəcək. O fiziki olaraq yanında olmasa da hiss edirəm ki, ruhu mənimlədir. Ümid edirəm ki, o da mənimlə fəxr edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"