“ATF” MMC-nin dövlət qarşısında vergi borcu yaranıb

“ATF” MMC-nin dövlət qarşısında vergi borcu yaranıb

Azərbaycanın şimal və qərb rayonlarında yol, küçə və səkilərin təmiri üzrə ixtisaslaşmış “ATF” MMC-nin dövlət qarşısında vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, şirkətin 9 saylı Ərazi Vergilər İdarəsinə 14 947.08 manat vergi borcu yaranıb.

Qeyd edək ki, ATF MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. ATF şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. Şirkətin qanuni təmsilçisi isə Azaddır. Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. İndiyədək ATF şirkəti milyonlarla dəyərində tenderlərin qalibi olub.

Misal olaraq ötən ay bu şirkət Göyçay, İsmayıllı, Ağsu və s. rayon icra hakimiyyətlərinin milyonlarla manat dəyərində tenderlərinin qalibi olaraq müqavilələr bağlayıb.

Xatırladaq ki, mətbuatda sözügedən MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti kimi tanındığı barədə məlumatlar yayılıb.