Avtovağzalın mətbuat katibi işdən çıxıb

Avtovağzalın mətbuat katibi işdən çıxıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov vəzifəsindən ayrılıb.
BusinessTime xəbər verir ki, bu barədə o özü məlumat verib.
O, qeyd edib ki, öz xahişi ilə vəzifəsini tərk edib.
 Qeyd edək ki, S.Bilalov bu vəzifənin icrasına 2023-cü ilin iyununda başlamışdı. O, bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı olub.