AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək

AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək

Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış qoruyucu tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması işlərinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı hazırlıqlara start verib.

Belə ki, qurum sözügedən işlərin icrasını “Var Construction” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması işləri 1 189 646,5 manata başa gələcək.