Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Agentlik vətən müharibəsi qazisini məhkəməyə verib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Agentlik vətən müharibəsi qazisini məhkəməyə verib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) məhkəməyə üz tutub.

BusinessTime” xəbər verir ki, lizinq müqaviləsi üzrə mübahisələri hətt etmək istəyən Agentlik Elgün Müzəffər oğlu Bünyatovdan şikayətçidir.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi qazisi olan E.Bünyatov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il arixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, AKİA-nın İdarə Heyətinin sədri Yalçın Camalovdur. O, həmin vəzifəyə bu ilin sentyabrında təyin edilib.