Visa: Azərbaycanda 14 bank ApplePayi, 15 bank Google Payi dəstəkləyir

Visa: Azərbaycanda 14 bank ApplePayi, 15 bank Google Payi dəstəkləyir

Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 14-ü "ApplePay"i, 15-i isə "GooglePay"i dəstəkləyir.

Bunu "Visa" şirkətinin Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev Bakıda keçirilən "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" tədbirində bildirib.

"Təmassız ödəniş həlli "Apple Pay" Azərbaycanda 2021-ci ilin noyabrında, "Google Pay" isə 2022-ci ilin avqustunda istifadəyə verilib, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, yaşayış tərzimizə əhəmiyyətli dəyişikliklər gətirib, insanların rahatlığını təmin edib, milyonlarla istifadəçini əhatə edib", - deyə o qeyd edib.