AZAL İstanbul reyslərində endirimlər elan edib

AZAL İstanbul reyslərində endirimlər elan edib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. İndi sərnişinlər sərfəli qiymətlərlə Bakıdan İstanbula və əks istiqamətə səyahət etmək üçün əla fürsət əldə edirlər.

AZAL-dan bildirilib ki, əlverişli qiymətlərlə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. Həmin biletlərlə 1 noyabr 2023-cü ildən 30 mart 2024 -cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.