Azərbaycan 417 milyon dollarlıq geyim aldı

Ötən il Azərbaycan 416,9 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü illə müqayisədə 1% çoxdur.
Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 1,98%-ni təşkil edib.