Azərbaycan daşıyıcılarının daha bir uğuru

Azərbaycan daşıyıcılarının daha bir uğuru

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) üzv şirkətlər beynəlxalq miqyasda etibarlı və təhlükəsiz tərəfdaş imici formalaşdırmaqda davam edir. Daha bir uğur hekayəsi isə Rusiya Federasiyasında yazılıb. Belə ki, qurum üzvü “Arkivan Trans” MMC Rusiya Federasiyasının Moskva vilayətində keçirilən ənənəvi “Truck Day” Yük nəqliyyat vasitələri festivalında birinci yerə layiq görülüb və festivalın kubokunu qazanıb.
 
MDB məkanı və qonşu ölkələri əhatə edən 10-dan artıq ölkənin 500-ə yaxın şirkətinin qatıldığı tədbir ənənəvi xarakter daşıyır.
 
Qeyd edək ki, “Arkivan Trans” MMC şirkətinin sahibi ABADA-nın İdarə Heyətinin üzvü Abdulla Abdullayevdir.