Azərbaycan İordaniya Ticarət Palatasının təşkil etdiyi tədbirlərdə təmsil olunub

Azərbaycan İordaniya Ticarət Palatasının təşkil etdiyi tədbirlərdə təmsil olunub

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) İordaniya Ticarət Palatasının ev sahibliyi ilə keçirilən İslam Ticarət və İnkişaf Palatasının İdarə Heyətinin 39-cu iclasında və "Rəqəmsal İqtisadiyyata İnvestisiya" Forumunda təmsil olunub.
 
Bu barədə ASK-nın Baş katibi Ziya Hacılı məlumat verib.
 
"Tədbirlər regional ticarət əməkdaşlığının gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və investisiya imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynayır. Özündə 50-dən çox islam ölkəsini birləşdirən Palatanın idarə heyətində təmsil olunan ASK adından, Küveyt, Misir, Qətər və Türkiyə Ticarət Palata rəhbərləri ilə iki tərəfli görüşlər keçirdik", - deyə o qeyd edib.