"Azərbaycan kiber müharibələrə hazır olmalıdır" - Rahid Ələkbərli

"Azərbaycan kiber müharibələrə hazır olmalıdır"

Azərbaycan kiber müharibələrə hazır olmalıdır.

Bunu Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.

"İnformasiya-kommunikasiya texnologiyaları sahəsində, rəqəmsallaşma, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi sahəsində vacib olan məsələrdən biri odur ki, Azərbaycan artıq yeni müharibələrə hazır olmalıdır. Belə ki, 44 günlük müharibədən fərqli olaraq kiber müharibədə təkcə coğrafi deyil, dünya nəhəngləri belə birbaşa olaraq bizim qapımızın astanasında pusqudadır. Düşünürəm ki, bu kifayət qədər ciddi bir məsələdir və zirvə iştirakçılarının bu istiqamətdə dəstək verməsinə ehtiyac var",- deyə o əlavə edib.

Report