Sığorta sektorunun aktivləri 34,2 faiz artıb

Sığorta sektorunun aktivləri 34,2 faiz artıb

Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar maliyyə dayanıqlılığının güclənməsinə yol açıb. İqtisadi inkişafda maliyyə, xüsusilə də sığorta sektoru mühüm rol oynayır. Sığorta sahəsinin inkişafı Mərkəzi Bankın prioritet istiqamətlərindən biridir.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son üç ilə görə sığorta sektorunun aktivləri 34,2 faiz, kapital 7,7 faiz artıb: “Bu dövrdə sığorta haqları 1 milyard 220 milyon manata, sığorta ödənişləri 26,3 faiz artaraq 587 milyon manata çatıb”.