Azərbaycanda çipsi istehsal edən şirkət zərərə düşdü
Azərbaycanda çipsi istehsalçısı olan “The Snack Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-ci il üzrə maliyyə hesabatı məlum olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət ötən il 21,7 milyon manat əsas əməliyyat gəliri əldə edib. Bu, şirkətin 2022-ci ildəki əməliyyat gəlirindən 3,9 milyon manat çoxdur.
Satışın maya dəyəri isə 19,3 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,6 milyon manat çoxdur. Şirkətin ümumi mənfəəti əvvəlki illə müqayisədə 668,5 min manat həcmində azalaraq 2,4 milyon manat təşkil edib.
Hesabat dövründə şirkətin xalis mənfəəti də azalıb. Belə ki, “The Snack Company” ötən il 2,1 milyon manat xalis mənfəət əldə edib ki, bu da əvvəlki illə müqayisədə 924 min manat azdır. Şirkət 2021-ci ili isə 362,4 min manat zərərlə yekunlaşdırmışdı.
Qeyd edək ki, çipsi istehsalı ilə məşğul olan “The Snack Company” 2019-cu ildə yaradılıb. Qanuni təmsilçisi Ramil Rzayev Bilal oğludur. Şirkətin Qəbələdə qəlyanaltı istehsal edən zavodları fəaliyyət göstərir. Şirkət “Chipsim”, “İmpuls” və “Bağdan” kartof çipsilərinin istehsalçısıdır.