Azərbaycanda ilk dəfə təkrar emal üzrə hakaton baş tutacaq!

Azərbaycanda ilk dəfə təkrar emal üzrə hakaton baş tutacaq!

İdeyasına, bacarıqlarına və komandasına güvənən gənclər, bu hakaton məhz sizlər üçündür!

“ASAN Könüllüləri” Təşkilatının və “Coca-Cola”nın birgə əməkdaşlığı ilə “Tullantısız Dünya” layihəsi çərçivəsində həyata keçiriləcək “Recyclaton” təkrar emal hakatonunda iştirak üçün qeydiyyat açıq elan edilib!

"Recyclaton" təkrar emal sənayesi üçün ekoloji problemlərə dayanıqlı və innovativ həllərin hazırlanması məqsədilə baş tutacaq hakatondur.
Gənclərdə yaradıcı düşünmə bacarığını inkişaf etdirmək, ekoloji problemlərə dayanıqlı həllər təklif etmək və ölkəmizdə rəqəmsal innovasiyalar prosesinə töhfə vermək məqsədilə təşkil olunacaq hakaton, 2-3 dekabr 2022 tarixlərində baş tutacaq.

Dəyərləndirmə nəticəsində ən yaxşı layihə konsepti təklifi edən komandalara nominasayalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer)
dəyərində pul mükafatı təqdim olunacaqdır.

Əgər siz də öz ideyanızla həllin bir parçası olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Qeydiyyat üçün linkə keçid edə bilərsiniz
https://bit.ly/3TYtEoX

Son qeydiyyat tarixi: 10 Noyabr 2022 (23:59)