RMİD şəhid analarını təbrik edib

RMİD şəhid analarını təbrik edib

Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı şəhid analarını təbrik edib.

Bu barədə RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova məlumat verib.

Xəyalə Mütəllimova bildirib ki, əsas məqsədimiz ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

BusinessTime