Azərbaycanda üç dövlət qurumu ləğv edildi - SİYAHI
Azərbaycanın rayon və şəhər İcra Hakimiyyətlərindən fəaliyyət göstərən üç qurum ləğv edilib.
Bunlar Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahələridir.
Ləğv edilən qurumların bazasında “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC-lər yaradılıb. Yeni qurum da İcra Hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərəcək. Bu addım ölkədə aparılan struktur islahatları çərçivəsində atılıb.
Ləğvetmə nəticəsində bəzi əməkdaşlar ixtisara düşüb, digərləri isə yeni MMC-də işlə təmin olunublar.
Qeyd edək ki, Baş nazir Əli Əsədov 2025-ci i dekabrın 22-də “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərara əsasən, “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.


