Azərbaycanda yumurta istehsalı 5%-dən çox artıb

Azərbaycanda yumurta istehsalı 5%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda diri çəkidə 429 min ton ət, 1694,2 min ton süd, 1755,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 0,7 faiz, yumurta istehsalı 5,6 faiz artıb, yun istehsalı 1,9 faiz, barama istehsalı 32,9 faiz azalıb.