Azərbaycandakı internet trafikində botların payı 3 dəfədən çox artıb
Bu ilin avqust ayında Azərbaycandakı internet trafikinin 74,36 %-i insanların payına düşüb.
BusinessTime-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 17,54 faiz bəndi azdır.
Hesabat dövründə botların bazar payı aylıq ifadədə 3,2 dəfə artaraq 25,64 % təşkil edib.
Avqustda qlobal internet trafikinin 72,7 %-i insanların, 27,3 %-i isə botların payına düşüb. (Report)


