Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır - ŞƏRH

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin, kataklizmlərin baş verdiyi dövr kimi tarixləşməkdədir. Bu sıradan yaşıl enerji amili dünya üçün çox mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Bildiyimiz kimi  Azərbaycan dünyada bu məsələlərə xüsusi yanaşması ilə tanınan ölkədir.

Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, geniş  müzakirələr aparılır. Mart ayının 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları qeyd etdiklərimizin bariz göstəricisidir. İclaslar zamanı cənab İlham Əliyev dünyanın nüfuzlu “Euronews” televiziyasına verdiyi və Avropa məkanında çox böyük maraqla qarşılanan  müsahibədə bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirdi. Müsahibə zamanı Ölkə başçımız Cənub Qaz Dəhlizi layihəsini reallaşdırmağa başlayanda geniş beynəlxalq əməkdaşlığa ehtiyacın olduğunu və bu səbəbdən ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarının dəvət edildiyini, ölkələr, şirkətlər arasında bu əməkdaşlığın qurulduğunu diqqətə çatdırdı.  Bəli, bir zamanlar xəyal kimi görünən layihə bu gün 3500 kilometr məsafədə aktiv qaz nəql edən kəmər kimi reallığa çevrilib. Cənab Prezident müsahibəsində bu məqama da toxunaraq, bir zamanlar bu ideya haqqında nikbin düşünənlərin də, bədbin düşünənlərin də olduğunu söylədi.

Müsahibəsində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirini Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissimizin bir hissəsini təşkil etdiyini qeyd etdi.  Artıq Ölkəmizin son zamanlar bərpaolunan enerji ehtiyatalarından daha çox istifadə etmək niyyətində olduğunu görürük. Kifayət qədər ehtiyatlara malik Azərbaycan bununla həm təbii ehtiyatlarına qənaət edəcək, eyni zamanda dünyanın daha çox maraqlı olduğu istiqamətdə imkanlarını genişləndirəcəkdir.

Müsahibə zamanı Ölkə başçısı bu məqamı da xüsusi vurğuladı; “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”. Fikirlərimin sonunda qeyd etmək istəyirəm ki, bir vətəndaş olaraq Ölkəmizin son illər ərzində həyatın bütün sahələrində qazandığı uğurlar, nailiyyətlər, tarixi Zəfər bizləri həm sevindirir, həm də qürurlandırır!. İnanırıq ki, bizləri qarşıda daha böyük qələbələr gözləyir!.

Salman Abdullayev;
Neftçala rayon ziyalısı