Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard dollara yaxınlaşıb
2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 766.7 milyon ABŞ dolları təşkil edib.
BusinessTime.az xəbər verir ki, bunun 85.1%-i və yaxud 62 milyard 740.2 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14.9%-i və yaxud 11 milyard 26.5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

