Azərbaycanın tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub

Azərbaycanın tədiyyə balansında

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.

BusinessTime xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.


"Xalis səhvlər və buraxılışlar maddəsində təxminən 300 milyon ABŞ dolları vəsait formalaşıb", - deyə o qeyd edib.