Azərbaycanın tütün idxalına çəkdiyi xərc 30 milyon dolları ötdü

Azərbaycanın tütün idxalına çəkdiyi xərc

Bu ilin yanvar-mart aylarında Azərbaycan 30,4 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri illik müqayisədə 14,5% çoxdur.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,76%-ni təşkil edib.