MDM-in rəhbərliyi və kollektivi “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

MDM-in rəhbərliyi və kollektivi “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Mayın 30-da Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi və kollektivi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər.

2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan “Ümid Yeri”  uşaq sığınacağının fəaliyyətinin əsas məqdədi  valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərmək və  onların uğurlu gələcəyinin təmin olunmasına dəstək verməkdir.

Ziyarət zamanı MDM-in nümayəndələri sığınacağın fəaliyyəti ilə tanış olmuş, kimsəsiz qalan uşaqları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmişlər. Daha sonra uşaqlar qonaqların qarşısında xüsusi hazırlanmış proqram ilə çıxış etmişlər.

Qeyd edək ki, MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında korporativ sosial məsuliyyət sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində MDM xeyriyyəçilik, maliyyə savadlılığının artırılması, ekologiya və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır.