“Azərişıq” Bərdədə yenidənqurma işləri aparır

“Azərişıq” Bərdədə yenidənqurma işləri aparır

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Bərdə şəhərinin elektrik təsərrüfatını yeniləyir.

ASC-dən bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan yenidənqurma işləri çərçivəsində rayonun mərkəzi küçə və məhəllələri ilə yanaşı, kəndlərdə də köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Mustafaağalı, Arabaçılar, Qaratəpə kəndlərində yeni sayğaclar quraşdırılıb. Müasir standartlara cavab verən 60 kilometrədək izolyasiyalı elektrik xətti çəkilib. Bu 3 kənddə 0,4 kV-luq və 10 kV-luq köhnə dayaqlar yeni metal dayaqlarla əvəz edilib. Abonentlərin fasiləsiz və davamlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yeni 16 ədəd transformator da quraşdırılıb.

Qeyd edək ki, sözügedən kəndlərdə elektrik xətləri ötən əsrin 50-60-cı illərindən istismar edildiyi üçün əvvəllər elektrik enerjisinin verilişində bir sıra hallarda çətinliklərin yaranmasına səbəb olurdu. Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yenidənqurma işləri başa çatdıqdan sonra, ümumilikdə, 1000-dək abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.