“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 4,1 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 ölkə və 10 şirkət azdır, xidmət dəyəri isə 2,5 faiz çoxdur.

BusinessTime İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64 faizini təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,1 milyon dollar ilə Birləşmiş Krallıq, 809,1 min dollar ilə Lüksemburq, 271,1 min dollar ilə Türkiyə, 261,1 min dollar ilə Pakistan, 187,2 min dollar ilə İsveç qərarlaşıb.