"Azərpoçt" işçi axtarır - VAKANSİYA

"Azərpoçt" işçi axtarır - VAKANSİYA

"Azərpoçt" MMC "Hüquqşünas" vakansiyası elan edir


Tələblər:

- Ali hüquq təhsili;
- Hüquq sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Əmək qanunvericiliyini, həmçinin mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi yaxşı bilməli;
- Azərbaycan dili və ingilis dilini yaxşı səviyyədə bilməli (Rus dili biliyi üstünlükdür);
- Microsoft office proqramları ilə işləməyi bacarmalı;


Vəzifə öhdəlikləri:

- Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması;
- Cəmiyyətin struktur bölmələrinə aid metodologiyaların hazırlanması;
- Aidiyyəti bölmələrin normativ və digər sənədlərinin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin və ümumi hüquqi dəstəyin verilməsi;
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası;
- Aidiyyəti dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olan sorğulara və şikayətlərə cavabların hazırlanması;

Qeyd olunan vakansiyaya uyğun olan namizədlər mövzu yerində “Hüquqşünas” qeyd etməklə  [email protected] elektron ünvanına CV göndərə bilərlər.