“Azərpoçt” əhaliyə xəbərdarlıq edib

“Azərpoçt” əhaliyə xəbərdarlıq edib

Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Bu dəfə vətəndaşlara göndərilən mesajlarda bağlamanın əldə olunması üçün 1 AZN ödəniş tələb olunur və saxta link əlavə edilir.

“Azərpoçt” MMC-dən bildirilib ki, mesajın inandırıcı olması üçün isə sonluğa - “Azərpoçt” MMC BÜTÜN HÜQUQLAR QORUNUR” yazısı əlavə edilib.

““Azərpoçt” olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında link göndərmir. Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”, - deyə məlumatda qeyd olunub.