Milli Məclisin sabiq sektor müdiri DYP-ni məhkəməyə verib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məhkəməyə verilib.
“BusinessTime” xəbər verir ki, qurumla bağlı Bakı İnzibati Məhkəməsinə vətəndaş Axundov Rahim Sərhad oğlu müraciət edib.
Mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər olan iş hakim Aysev Almazovanın icraatındadır.
Məsələ ilə başlı şifahi məhkəmə baxışı 2025-ci ilin 14 fevralına təyin edilib.
Qeyd edək ki, R.Axundov Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri olub.